Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:40

Yazıçılar söyüşpozan app-dən narazıdırlar


-

“Clean Reader” – yeni app-dir. Adından da göründüyü kimi elektron mətnlərdəki söyüşləri “təmizləyir”, daha doğrusu onları “uşaqlar üçün münasib olan” daha yumşaq sinonimlərlə əvəzləyir. E-kitabın müəllifinin icazəsi olsa da, olmasa da.

Amma heç də hamı bundan məmnun deyil. Xüsusən də kitablarına “əl gəzdirilən” yazıçılar.

Yeni app-i amerikalı ər-arvad hazırlayıb. Aydahoda yaşayan Jared və Kirsten Maughan-lar deyirlər ki, onları yeni app-i yaratmağa qızları ilə bağlı narahatlıq sövq edib. İstəməyiblər ki, uşaq kitab oxuyanda “rahatsız olsun”.

App-i yaradanlar deyirlər ki, bu, senzura deyil, sözlər kitablardan birdəfəlik pozulmur, kim istəsə orijinal versiyanı seçib oxuya bilər. Və, onların fikrincə, yeni app bu baxımdan müəlliflik haqlarını da pozmuş sayıla bilməz.

Joanne Harris
Joanne Harris

Tanınmış ingilis yazıçısı Joanne Harris deyib ki, “Clean Reader”in konsepsiyası onun sildiyi istənilən sözdən daha təhqiramizdir. Onun fikrincə, yazıçılar hər bir sözü diqqətlə seçib işlədirlər. Oxucuların hansısa sözdən xoşu gəlməməsi senzuranın tətbiqi üçün əsas ola bilməz:

“Biz bu yolu bir dəfə keçmişik. Əvvəl xoşlarına gəlməyən sözləri çıxarırlar, sonra heykəllərə əncir yarpağı “geyindirirlər”, sonra da yəhudi rəssamlara “degenerat” adı qoyurlar. Axırda isə kitabxanaları yandırıb bütöv bir sivilizasiyanı tarixdən silirlər”.

"Telegraph"a istinadla OxuZalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG