Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

Əfqanıstanda bir qadının səhvən Quranın yandırılmasında ittiham edilərək linç olunmasının ardınca əfqan qadınların izdihamlı mitinqləri genişlənir.

Kabulda iki min qadın 28 yaşlı Farkhunda-nın öldürülməsinə etiraz olaraq daha bir yürüş keçirib.

Çərşənbə axşamı bu qətllə əlaqədar Facebook-da post yayan Daxili İşlər Nazirliyinin sözçüsü vəzifəsinfən azad edilib.

Sözçü bu qətlə dolayısı ilə haqq qazandırırdı.

Polis bildirir ki, linçlə əlaqədar artıq 19 nəfər həbs olunub.

Sonradan məlum olub ki, Farkhunda Quranı yandırmayıb, lakin yerli molla ilə adi mübahisə edib.

Rəsmi təhqiqat Quranın yandırlmadığını göstərib.

Üstəlik, ölkənin Üləmalar Şurası molla ilə mübahisədə gənc qadının haqlı olduğunu bəyan edib.

Çərşənbə axşamı keçirilən yürüşdə iştirakçılardan bir çoxu üzlərini Farkhunda-nın qana bulaşmış potrtreti ilə maskalamışdılar.

Nümayişə Əfqanıstan Qadınlar Şurasının sədri Fatana Gailani də qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG