Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:51

ABŞ İsraili İran danışıqlarından casusluqda ittiham edib


ABŞ dövlət katibi John Kerry və İsrailin xarici işlər naziri Avigdor Lieberman.
ABŞ dövlət katibi John Kerry və İsrailin xarici işlər naziri Avigdor Lieberman.

İsrail “The Wall Street Journal” qəzetinin onun Qərb-İran danışıqlarından gizli informasiyaları ABŞKonqresinə ötürdüyü barədə məlumatını təkzib edib.

Qəzet yazırdı kİ, İsrail bu hərəkəti ilə İranla danışıqları pozmaq niyyətində olub.

İsrailin vəzifəsini tərk etməkdə olan xarici işlər naziri Avigdor Lieberman bu xəbəri təkzib edərək bildirib ki, “biz Amerikadan casusluq etməmək barədə çoxdan razılığa gəlmişik”.

“The Wall Street Journal” qəzeti yaydığı məlumatda administrasiyanın vəzifəli nümayəndəsinə istinad etmişdi.

İsrail bu qənaətdədir ki, İranla nüvə sazişinin əldə olunması üçün ABŞ və Qərb mümkün olduğundan daha çox güzəştə getməyə çalışır.

Məqalədə deyilir ki, İsrailin Rusiya, Fransa və Çinlə yanaşı Amerikadan ən çox casusluq edən ölkələr sırasında olması Vaşinqtona çoxdan məlum imiş.

Amerika rəsmisinə istinad edən qəzet yazır ki, İsrailin ABŞ-dan casusluq etməsi bir yana qalsın, İsrail əldə etdiyi məlumatları sonradan təkrar ABŞ qanunvericilərinə sızdırır.

İsrail belə məlumatlara malik olduğunu etiraf etsə də, ABŞ-dan casusluq etdiyini danır.

XS
SM
MD
LG