Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:12

Saakashvili tərəfdarları Gürcüstanda hökumətə etimadsızlıq üçün prosesə başlayıblar


Tbilisidə keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarlarının keçirdikləri mitinqdən görüntü. 21 mart 2015
Tbilisidə keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarlarının keçirdikləri mitinqdən görüntü. 21 mart 2015

.

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvilinin rəhbərlik etdiyi Milli Birlik Hərəkatı martın 21-də Tbilisinin mərkəzində minlərlə adamın iştirak etdiyi aksiyadan sonra martın 23-də yeni təşəbbüslə çıxış edib: hərəkat hökumətə etimadsızlıq elan edilməsi ilə bağlı parlamentdə məsələ qaldırılması üçün imza toplanmasına başlayıb. Müxalifətçilər bu istəyə nail olmaq üçün azı 60 deputatdan imza yığmalıdırlar.

Hərəkatın nümayəndələri əmindirlər ki, “Gürcü arzusu”na qarşı olan istəklərini gerçəkləşdirə biləcəklər. Nəzəri olaraq doğrudan da məsələ həlli mümkün kimi görünür.

Hərçənd bu müxaliflət siyahısından millətçilər yalnız bir nəfərin dəstəyini ala biliblər: Parlamentin vitse-spikeri, “Gürcü arzusu”nu tərk etmiş Acariyadan olan deputat Murman Dumbadze bəyan edib ki, keçmiş hakim partiyanın tələbini dəstəkləyəcək. “Azad demokratlar” isə millətçilərə “yox” deyiblər.

İrakli Alasania Berlinə səfəri zamanı rəsmi qarşılanma mərasimində
İrakli Alasania Berlinə səfəri zamanı rəsmi qarşılanma mərasimində

Qərarı partiyanın lideri keçmiş müdafiə naziri Irakli Alasania elan edib:

“İvanishvili və Saakashvili biri digərinə lazımdır ki, bir-biri ilə xalqı qorxutsunlar. Amma Gürcüstana və bizim gələcəyimizə onların heç biri lazım deyil. Gürcüstana inkişaf gərəkdir, keçmişdəki Saakashviliyə geri qayıtmaq yox. Odur ki, bu konkret situasiyada biz onların “Milli Birlik Hərəkatı”nın təşəbbüsünü dəstəkləmirik”.

Bununla belə Milli Birlik Hərəkatı martın 23-də, günün sonuna yaxın özünə məxsus arxayınlıqla bəyan edib ki, onlar parlamentdə tərəfdaş axtarmaqda davam edəcəklər.

Konstitusiya üzrə mütəxəssis Vaxushti Menabde bildirir ki, hətta millətçilər lazım olan səsləri yığsalar belə, təşəbbüsün irəli sürülməsi, səslərin elan olunması bir ay çəkməyəcək:

“Etimadsızlığın elan olunması üçün bir neçə səsvermə olmalıdır və böyük çoxluq, yəni, 75% təşəbbüsün lehinə səs verməlidir. Bu təşəbbüsü prezident də dəstəkləməlidir. Prezidentin razılığı alınarsa, parlamentdə baş nazir və nazirlər postuna yeni namizədlər barədə dinləmələr keçirməlidir və çoxluğun səsi indiki hökumətin əleyhinə olarsa, o zaman hökumət doğrudan da istefaya gedəcək”, deyə Menabde bildirib.

Prosedurun bu qədər mürəkkəbliyini əvvəlki hakimiyyətin nümayəndələri yaxşı bilirlər: Hökumətin getməsini faktiki olaraq mümkünsüz edən dəyişikliyin müəllifi Milli Birlik Hərəkatının özüdür.

Bəs onda Saakashvili tərəfdarları mümkünsüz kimi görünən bu işə niyə başlayıblar?

Iago Kachkachishvili
Iago Kachkachishvili

Gürcüstanda əksəriyyətinin bir cavabı var - onlar müxalifət meydanında lider olmaq istəyirlər. Politoloq Korneli Kakachia hesab edir ki, bu, seçki rejiminə keçiddir. Milli Birlik Hərəkatı öz əməlləri ilə ictimaiyyətə və hakimiyyətə siqnal verdi ki, partiya sağdır. Opponentlərinin nə deməyindən asılı olmayaraq onlar qələbəyə hazırlaşırlar.

Sosioloq Iago Kachkachishvili bildirir ki, Milli Hərəkat gələn seçkilərdə parlamentdə yer ala bilər, amma çoxluqda ola bilməyəcək. Onun müşahidəsinə görə, 21 mart aksiyası göstərdi ki, Milli Birlik Hərəkatının reytinqi “Gürcü arzusu”nun hakimiyyəti dövründə nə artıb, nə də azalıb- 15-22% həddində qalıb:

“2016-cı ildə parlament rəngarəng olacaq. Bu müxtəliflik bir koalisiyada yox, ayrı-ayrılıqda özünü göstərəcək. Odur ki, mən koalisyon hökumətin qurulacağından əminəm”.

Sosioloq əmindir ki, Gürcüstanda siyasi mədəniyyət aşağı olduğundan növbəti seçki gərgin və çətin keçəcək. Amma onun fikrincə, koalisiya hökuməti əvvəlki Gürcüstan hökumətlərindən daha müsbət notlar üzərində qurulacaq-avtoritarizmin qarşısı alınacaq, çoxluğun diqtəsi aradan qaldırılacaq və digər çatışmazlıqlar aradan qalxacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG