Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:39

Maliyyə Kəşfiyyat Qurumu yaradılır


Seminar oktyabrın 31-də başa çatacaq
Seminar oktyabrın 31-də başa çatacaq

Azərbaycan hökuməti Maliyyə Kəşfiyyat Qurumu adlı yeni bir təşkilat yaratmaq niyyətindədir. Rəsmilər yeni qurumun çirkli pulların «yuyulması»nın qarşısının alınması və terrorizmlə mübarizə aparacağını deyirlər. Qurumun əsas funksiyası pulların «yuyulması» və terrorizmin maliyyələşməsi haqda məlumatları təhlil etmək, onları istintaq orqanlarına göndərmək, cinayət təqibinə yardım etmək və sairədir.


Oktyabrın 30-da ABŞ-ın Azərbaycandakı səfirliyi və Avropa Şurasının təşkilatçılığı ilə keçirilən beynəlxalq seminarda Maliyyə Kəşfiyyat Qurumunun müstəqil, yoxsa hansısa dövlət təşkilatının nəzdində yaradılması ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən Baş prokurorun müavini Rüstəm Usubov bildirdi ki, həmin qurum Daxili İşlər Nazirliyi və ya prokurorluq orqanlarının nəzdində yaradıla bilər. Bundan başqa, yeni qurumun Milli Bankın və ya Maliyyə Nazirliyinin yanında yaradılması, yaxud hibrid, yəni sadalanan modellərin qarışığından təsis edilməsi barədə də təkliflər var.


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi isə ölkəsinin yüksək standartlara cavab verəcək Maliyyə Kəşfiyyat Qurumu yaratmaq səyini alqışladığını, onun formalaşması üçün hər cür kömək göstərəcəklərini söylədi. Səfir rəsmiləri yeni qurumun yaradılması işini sürətləndirməyə çağırdı.


İki günlük seminar oktyabrın 31-də başa çatacaq.


Çirkli pulların «yuyulması» ilə mübarizə məqsədilə hazırlanmış qanun layihəsi şübhəli əməliyyatların hesabat sisteminin yaradılmasını, terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri, maliyyə xarkterli məlumat vermək öhdəliyi daşıyan subyektləri və onlar üzərində nəzarəti həyat keçirən dövlət orqanlarının monitorinqini və digər tədbirləri müəyyənləşdirir, banklarda anonim hesab açmağı qadağan edir.


Azərbaycan BMT-nin transmilli canayətkarlığa qarşı və eləcə də terrorizmin maliyyələşdirilməsi ilə bağlı konvensiyalarını ratifaksiya edib. Həmin sənədlər dövlətləri çirkli pulların «yuyulması»na qarşı milli strategiya hazırlamağa çağırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG