Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:35

Ukrayna İkinci dünya müharibəsində ölənlərin xatirəsini mayın 8-də anacaq


Foto arxiv

Foto arxiv

Ukrayna İkinci Dünya Müharibəsində həlak olanların xatirəsini “Xatirə və barışıq günü” kimi hər il mayın 8-də yad edəcək.

Mədəniyyət naziri Vyacheslav Kyrylenko martın 24-də jurnalistlərə bildirib ki, Ukrayna bu müharibədə ölənlərin xatirəsini bütün Avropa ölkələri kimi həmin gündə yad edəcək və əlavə edib ki, Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparanların hamısı “şərəf və anım”a layiqdir.

Amma Kyrylenko qeyd edib ki, 9 may həmiş olduğu kimi Qələbə günü kimi qeyd ediləcək.

Depuatat Ivan Krulko İnterfaks agentliyinə bildirib ki, mayın 8-i iş günü olacaq və ola bilsin ki, 9-da həmçinin iş günü ilə əvəzlənəcək.

Ukraynanın bu addımı 9 May qələbə günündən çəkilmək kimi görsənir.

Rusiya da daxil olmaqla keçmiş Sovet respublikaları bu günü mayın 9-da qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG