Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Airbus 320 təyyarəsi Alp dağında qəzaya uğrayıb


Alp dağı
Alp dağı

Airbus 320 sərnişin təyyarəsi martın 24-də Alp dağında qəzaya uğrayıb.

İlkin məlumatlara görə təyyarədə 144 sərnişin və 6 heyət üzvü olub.

Almaniyanın “Germanwings" şirkətinə məsxus təyyarə Barselonadan Düseldorfa uçurmuş."

Bu şirkət Almaniyanın nəhəng "Lufthansa” şirkətinə daxildir.

Qəza Fransanın cənub-şərqində baş verib, təyyarənin qalıqları artıq aşkar edilib.

Fransanın baş naziri Manuel Vallsın sözlərinə görə hadisə yerinə vertolyot düşə bilib, amma heç kim sağ tapılamyıb.

Fransa prezidenti Francois Hollande hadisylə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib.

Baş nazir Manuel Valls qəzanın səbəbinin hələlik bəlli olmadığını deyir.

Germanwings şirkətinin məlumatına görə təyyarədə azı 67 Almaniya vətəndaşı olub.

Məlumatlara görə onlardan 16-sı təxminən 15 yaşında olan uşaqlardır.

Nəqlitta naziri Аlian Vidalies deyir ki, qəza vaxtı hava şəraiti elə də pis olmayıb.

Germanwings şirkəti 1997-ci ildə yaradılıb və bu şirkətin tarixində ilk qəzadır.

Qəzaya uğrayan təyarə 24 ildən çoxdur ki, istismarda imiş.

XS
SM
MD
LG