Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:37

Deputatlar Putinin Ukraynaya ordu göndərmək səlahiyyətinin bərpasını istəyir


Dövlət Duması

Dövlət Duması

Rusiyalı deputatlar hesab edir ki, əgər ABŞ Kiyevə döyüş silahları versə parlament prezident Vladimir Putinin Ukraynaya ordu göndərmək səlahiyyətini bərpa etmılidir.

ABŞ Konqresinin Nümayəndələr Palatası martın 23-də prezident Barack Obamanı Ukraynaya döyüş silahları göndərməyə çağıran qətnamə qəbul edib.

Ədalətli Rusiya partiyasının Dövlət Dumasındakı deputatı Mikhail Yemelyanov bildirib ki, əgər ABŞ belə bir addım atsa, biz açıq şəkildə yaraqlılara silahla kömək etməli və prezidentin Ukraynaya ordu göndərmək hüququnu bərpa etməliyik.

Rusiya parlamenti ötən ilin martında Putinə belə bir səlahiyyət verib, amma sonradan bu geri götürülüb.

Deputat Frants Klintsevich isə bildirib ki, əgər ABŞ Ukraynaya silah göndərsə bu Ukraynanın şərqindəki atəşkəs rejiminin yenidən pozulması olacaq.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva bu ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG