Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:03

Ukrayna Rusiyadan qaz alınmasını dayandırmaq fikrindədir


Foto arxiv
Foto arxiv

Ukraynanın enerji naziri Vlodymyr Damchyshyn bildirib ki, ölkə aprelin 1-dən Rusiyadan qaz alınmasını dayandırmaq fikrindədir.

O martın 23-də Kiyevdə keçirdiyi brifinqdə deyib ki, hazırda Ukrayna Rusiya qazı lazım deyil və biz sadəcə onun alınmasını dayandırırıq.

Uzun illərdi ki, qaza görə, Ukrayna ilə Rusiya arasında yaşanan gərginlik, keçmiş prezident Viktor Yanukovychin 2014-cü ildə devrilməsindən sonra daha da pisləşib.

Moskva ilə Kiyev arasındakı qaz müqaviləsinin müddəti martın sonunda bitir və tərəflər bundan sonrakı qiymətlə bağlı razılığa gələ bilməyiblər.

Demchyshyn martın 21-də bildirib ki, Rusiya qaqzın qiymətini kəskin aşağı salmalı olacaq, çünki, Avropa Birliyindən qaz idxalının artırılması Ukraynanın Rusiya qazından asılılığını azaldacaq.

Ukrayna hazırda qazın hər 1000 kub metrinə görə, 329 dollar ödəyir, Rusiya isə aprelin birindən 348 dollar istəyir.

Amma Demchyshyn bildirib ki, real qiymət 240-250 dollar civarında olmalıdır.

XS
SM
MD
LG