Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:53

Konqres Obama-ya tövsiyə edir ki, Ukraynaya silah göndərsin


Ukraynanın şərqində yaraqlılar
Ukraynanın şərqində yaraqlılar

-

ABŞ Konqresinin Nümayəndələr Palatası qəbul etdiyi qətnamədə Prezident Barack Obama-ya tövsiyə edir ki, Ukraynaya silah göndərməyə başlasın. 348 nəfər sənədin lehinə, 48 nəfər əleyhinə səs verib.

Qətnamədə dövlət başçısına belə bir çağırış var ki, “Konqresin verdiyi səlahiyyətdən istifadə edib Ukraynanı müdafiə döyüş silahları ilə təmin etsin”.

Qətnamənin müəllifləri, respublikaçı David Joyce və demokrat Eliot Engel bildiriblər ki, silah Ukrayna xalqına müdafiə üçün lazımdır. Onlar Ukraynanın şərqindəki münaqişədə itkilər üçün bütün məsuliyyəti Rusiyanın üzərinə qoyublar.

XS
SM
MD
LG