Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:50

Ticarətçilər «batırıq» deyir, obyektlər bağlanır


«Binə» ticarət mərkəzi
«Binə» ticarət mərkəzi

-

«Yeni Müsavat» qəzeti yazır ki, ölkədəki iqtisadi böhran «Binə» ticarət mərkəzində çalışan minlərlə adamı çıxılmaz vəziyyətə qoyub. Yarmarkada yüzlərlə obyektin malı yığışdırılıb, qapısı kilidlənib, üzərinə «satılır», «icarəyə verilir» lövhələri vurulub.

«Hətta bəzi satıcılar qapılarının üstünə «batırıq, xilas edin» yazıblar. Elçin adlı ticarətçi deyir ki, camaatda pul yoxdur. Şəhərin ayrı-ayrı bazarlarından olan müştərilərimiz var idi, indi yoxa çıxıblar. Mallar əllərdə qalıb. Cabir Əliyev də durumun fəlakətli olduğunu deyir: «Adam var, gün ərzində heç siftə eləmir».

Ticarətçilər burda çalışanların 80-90 faizinin banklara borclu olduqlarını da bildirib. Özü də kreditlərin 90 faizi dollardır.

QANUNSUZ MƏRC OYUNLARI BAZARI

«Azadlıq» qəzeti yazır ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da idman oyunlarının, məsələn, futbolun mərci və lotereya oyunları keçirilir.Bu, bir növ idmana olan marağı da artırır. Amma buoyunlardan gələn gəlirlərin heç də hamısı, digər dövlətlərdə olduğu kimi, dövlət büdcəsinə vergi şəkilində daxil olmur:

«Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq, qara bazar da paralel fəaliyyət göstərir və onun real dövriyyəsinin nə qədər olduğunu demək çətindir. Hazırkı iqtisadi çətinliyi nəzərə alsaq, qeyri-leqal bazardan daxil olan vəsait dövlət büdcəsi və idman sənayesi üçün böyük itkidir».

«Azadlıq» yazır ki, Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı, kriminal vəziyyəti da ağırlaşdırır.

Foto: Arxiv
Foto: Arxiv

«Çünki leqal, dövlət tərəfindən rəsmi icazə verilən mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur».

AZƏRBAYCAN BÖHRANDAN NECƏ ÇIXA BİLƏR?

«Bizim Yol» qəzeti yazır ki, dövlət büdcəsinin icrasında yaranmış çətinliklər, qiymətlərin kəskin bahalaşması, ixtisarlar, manatın ucuzlaşması narahat vəziyyət yaradıb. Vəziyyətdən çıxış yolu kimi investisiya xərclərinin azaldılması və dövlət strukturlarının sayının azaldılaraq, ixtisarlar aparılması təklif olunur. Bu addımların hər ikisi nəticədə işsizlərin sayının artmasına səbəb ola bilər.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qəzetə deyib ki, ki, bu variantların heç biri çıxış yolu deyil: «Çünki büdcənin 50 faizdən artığı Dövlət Neft Fondundan transfertdir. Yerdə qalan hissəsi- gömrükdən daxilolma 18 faiz, vergidən daxilolma 38 faiz və sairdir. İnvestisiya qoyuluşunda həmin xərclər yenə daxil olacaq. Burada əsas məsələ növbəti il üçün strategiya hazırlamaqdır».

İqbal Ağazadə deyib ki, uzunmüddətli strategiya üçün Azərbaycan yeni iqtisadi doktrina qəbul edilməlidir:

«Azərbaycanın neftdən asılılığını azaltmaq üçün yeni, gerçək istehsal sahələrinə keçilməli və həvəsləndirmə metodlarından istifadə edilməlidir».

Foto: Arxiv
Foto: Arxiv

DÜNYADA MÜƏLLİMLƏR NƏ QƏDƏR MAAŞ ALIRLAR?

ANS dünyada müəllimlərin nə qədər maaş alması ilə bağlı kiçik araşdırma aparıb.

Sayt yazır ki, ABŞ-da müəllimlər ortalama 3 min dollar maaş alırlar. 20 il müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur.

Almaniyada isə müəllimlik cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda ortalama olaraq 2500 dollar maaş alırlar. Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar.

Fransada təcrübə keçən müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar alır. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.

Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəlliminin aylıq məvacibi 2 min dollardır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG