Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:05

Qədim fransız monastırının adaya çevrilməyi


Mon-Sen-Mişel monastırı
Mon-Sen-Mişel monastırı

-

Hər 18 ildən bir anormal dərəcədə böyük yaz qabarmaları La-Manşı ağuşuna alır. Buna «əsrin qabarması» da deyirlər. Şənbə günü qısa müddət ərzində minlərlə turist nadir bir görüntünü seyr edə biliblər. Belə ki, Fransanın məşhur Mon-Sen-Mişel monastırına gedən ensiz bənd nəhəng dalğanın altında qalıb və qədim monastır adaya çevrilib.

«Çoxdandır Mon-Sen-Mişeli dənizin əhatəsində görməmişdik», - Wilfred James «Associated Press» agentliyinə deyib. O, qabarmanı müşahidə etmək üçün Fransanın mərkəzindən altı saatlıq yolu qət edərək buraya gəlib. «Bu regionda anadan olmuşam və heç vaxt bu hadisənin şahidi olmamışam».

«The Washington Post» yazır ki, ötən cümə günü günəş tutulmasından sonra ayın ekstra-güclü cazibə qüvvəsi kanalda böyük qabarmaya səbəb olub. Qabarma şənbə günü gecə rekord səviyyəyə çatıb.

Qotik üslubda olan Mon-Sen-Mişel monastırı 1979-cu ildə UNESCO tərəfindən dünyanın mədəni irsi siyahısına salınıb. İldə buraya 3 milyon turist gəlir.

Sonuncu dəfə «əsrin qabarması» 1997-ci il martın 10-da baş verib, növbəti 2033-cü il martın 3-də gözlənir. ​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG