Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43

BMT: İranın nüvə təhqiqatı üzrə “məhdud iləliləyiş” var


Yukiya Amano (sağda) İranın nüvə rəsmisi Abbas Araghchiilə görüşür

Yukiya Amano (sağda) İranın nüvə rəsmisi Abbas Araghchiilə görüşür

-

BMT-nin nüvə agentliyi bildirir ki, İranın nüvə proqramının hərbi potensialı üzrə təhqiqatda “məhdud” irəliləyiş əldə olunub və Tehran tərəfdən daha böyük əməkdaşlığa ehtiyac var.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano martın 23-də Vaşinqtonda konfransda danışıb. Onun sözlərinə görə, İran agentliklə nüvə proqramının məhdudlaşdırılması üzrə aralıq sazişin icrası sahəsində əməkdaşlıq edir. Ancaq nüvə materialının mümkün hərbi miqyasının aydınlaşdırılması istiqamətində çətinliklər olub. Amano söyləyib ki, “İranda bütün nüvə materialının dinc məqsədli olması nəticəsinə gələ bilmirik”.

BAEA İranda iddia olunan partlayıcı sınaqlarını və nüvə silahı hazırlamaq üçün istifadə oluna bilən digər fəaliyyəti araşdırır. Bu təhqiqat İranın altı fövqəldövlətlə nüvə danışıqları ilə eyni vaxtda gedir. Məqsəd İrana iqtisadi sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG