Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:11

-

Ukraynanın hakim elitası arasında gərginliyin artdığı bir vaxtda, prezident Petro Poroshenko deyir ki, ölkə qubernatorlarının şəxsi ordusu olmayacaq.

“Ərazinin müdafiəsinə gəlincə, bu, aydın hərbi vertikal boyunca subordinasiya olunacaq və qubernatorların heç birinin şəxsi ordusu olmayacaq”. Poroshenko martın 23-də ordu komandirləri ilə görüşdə danışıb.

Çıxışdan bir gün öncə silahlılar Ukrnafta dövlət enerji şirkətinin Kiyev ofisini tutub. Ukrayna deputatı Serhiy Leshchenko martın 22-də deyib ki, bu silahlılar milyarder oliqarx, şərqi Dnipropetrovsk regionunun qubernatoru Ihor Kolomoyskiy-ə bağlıdır.

Ukraynalı deputat Mustafa Nayyem-in sözləruinə görə, martın 22-də binaya girib onun niyə tutulmasını soruşanda, silahlılar ona hücum edib, onu döyüblər.

Ukrnafta-ya Ukrayna hökuməti nəzarət edir, Kolomoyskiy-nin PrivatGroup-u isə firmada 43 faiz paya malikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG