Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:34

Yəmən naziri ölkəyə müdaxilə çağırışı etdi


Yəmənin xarici işlər naziri Körfəzin ərəb dövlətlərini şiəməzhəb huti qiyamçılarının qarşısını almaq üçün ölkənin müdaxiləsinə çağırıb.

Hutilər ötən ay prezident Abdrabbuh Mansour Hadi-ni hakimiyyətdən uzaqlaşdırdıqdan sonra o qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınıb.

Ötən həftəsonu ölkənin üçüncü böyük şəhəri Taizi işğal etdikdən sonra Ədən şəhərinə yaxınlaşıblar.

BMT xəbərdarlıq edib ki, Yəmən vətəndaş müharibəsinin astanasındadır.

Səudiyyənin “Əş-Şərq əl-Ousət” qəzetinə müsahibə verən Yəmən xarici işlər naziri Riad Yassin 6 ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurasını öz ölkəsinə müdaxilə etməyə çağırıb.

O həmçinin şuranı və BMT-ni Yəmən üzərində uçuşlarsız zona elan etməyə çağırıb.

Ötən həftə hutilərə rəğbətli təyyarələr Ədəndəki prezident sarayına zərbə endirmişdilər.

Hutilərin fəallaşmasısünni Körfəz ölkələrinin, ələxüsus da Səudiyyənin narahatlığına səbəb olub.

Səudiyyə Ərəbistanın xarici işlər naziri bəyan edib ki, Körfəz ölkələri prezident Hadi-nin tərəfində münaqişəyə müdaxilə edə bilər.

XS
SM
MD
LG