Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

-

"12 ildir ki, miyopatiya əzələ xəstəliyindən​ əziyyət çəkirəm. İndiyə qədər çoxlu müalicələr qəbul etsəm də, yeriyə bilmirəm. Həkimlər cərahiyyə əməliyyatı keçirməyi və yeriyənə qədər müalicə olunmağı töfsiyyə edirlər. Mənim xəstəliyimin müalicəsi və əməliyyatı Azərbaycandan kənardadır. ABŞ, Almaniya, Fransa, İtaliya, İsrail kimi ölkələrdə həyata keçirilir. Dərman preparatları da həmin ölkələrin istehsalıdır və bahalıdır".

67 MANAT PENSİYA BAHALI DƏRMANLARA ÇATMIR

Azad Muradov AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edib. 22 yaşlı gənc xəstəliyinin müalicəsində kömək istəyir. Onun sözlərinə görə, xaricdə əməliyyat və müalicə üçün dəfələrlə Prezident Administrasiyasına və başqa qurumlara müraciət edib. ​

1-ci qrup əlil olduğunu deyən 22 yaşlı gənc aldığı 67 manat pensiyanın bahalı dərmanlara kifayət etmədiyini deyir:

"Bu pensiyadan başqa dövlət tərəfindən heç bir köməklik görmürəm. Neçə illərdir ki, dəfələrlə Səhiyyə Nazirliyinə müraciət edirəm. Məni xarici ölkələrdən birinə cərahiyyə əməliyyatına, müalicəyə göndməsini xahiş edirəm. Mənə heç bir köməklik göstərilmir".

"NAZİRLİK PULLARI HARA XƏRCLƏYİR?"

"Heydər Əliyev Fonduna da dəfələrlə ərizə yazmışam. Bütün ərizələrimə cavablarında yazıblar ki, vətəndaşları xarici ölkəyə cərahiyyə əməliyyat və müalicəyə göndərmək Səhiyyə Nazirliyinin vəzifəsidir. Bu işlə Səhiyyə Nazirliyi özü məşgul olmalıdır. Prezident Administrasiyasından, Heydər Əliyev Fondundan Səhiyyə Nazirliyinə məktub yazaraq bildirdilər ki, mənim problemimi araşdırıb həll etsin. Buna baxmayaraq, Nazirlik mənim problemimi həll etmir. Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə milyonlarla pul ayrılır, mən bilmirəm ki, Səhiyyə Nazirliyi vətəndaşların problemini həl etmirsə, bu pulları hara xərcləyir?"

Gənc deyir, 2010-cu ildə Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Üzrə Komissiyasına müraciət edib ki, rəy alsın. Komissiya tərəfindən müayinə olunmamış sənədlərinə baxaraq Azərbaycan daxilində müalicəsinin mümkünlüyü barədə rəy veriblər.

ƏLİLİN ŞİKAYƏTİNİ PROKURORLUQ ARAŞDIRIB

"Komissiyanın sədri bildirdi ki, Səhiyyə Nazirliyi vətəndaşları xarici ölkələrdə cərahiyyə əməliyyat və müalicəyə göndərmək üçün rəy verməyə qoymur. Biz də sizə rəy verə bilmirik".

Səhiyyə Nazirliyindən bildiriblər ki, Azad Muradovun müalicəsi Azərbaycanda mümkün olduğu halda o, hökmən xarici ölkələrdən birinə göndərilməsini tələb edir. Nazirlikdən bildirilib ki, Azad Muradov bu məsələ ilə bağlı hətta prokurorluq orqanlarına da şikayət edib. Lakin araşdırmalardan sonra onun şikayətinin əsassız olduğu üzə çıxıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG