Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Mürsəl Dünyamalıyevin şikayəti əsasında məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və ilk baxış iclası aprelin 2-nə təyin edilib.
Mürsəl Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevanı 102 bıçaq zərbəsi ilə qətlə yetirib.
Sonra isə könüllü Xətai Rayon Polisinə təslim olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 13 il azadlıqdan məhrum edilib.