Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:42

-

Azərbaycanda ailələrin mənzil ehtiyacının ödənilməsi məqsədilə ipotekaya ayrılan ümumi vəsaitin həcmi artırılmalıdır.

Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çıxış edib.

Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə bildirib ki, onlar «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq «Azərbaycan Ailəsi Strategiyası» layihəsini hazırlayıblar. Layihədə ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər öz əksini tapıb: «Eyni zamanda, ipotekaya ayrılan ümumi vəsaitin artırılması, ipotekanın regionlarda geniş tətbiqi nəzərdə tutulur. Bu da insanların mənzilə olan ehtiyacını bir qədər ödəyəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG