Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:08

Zakir Həsənov: «Bizim o qədər silah və texnikamız var ki...»


Zakir Həsənov cəbhə bölgəsində

Zakir Həsənov cəbhə bölgəsində

-

Prezident İlham Əliyevin tapşırığı əsasında müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlardakı birlik, birləşmə və hərbi hissələrdə olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bayram münasibətilə şəxsi heyəti təbrik edən nazir deyib:

«Bilin ki, düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq».

Nazir Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndiyini, yeni silahlar, texnikalar alındığını da bildirib:

«Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədə onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək, yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər».

Azərbaycan və Ermənistan 27 ildən çoxdur ki, müharibə vəziyyətindədir. Tərəflər arasında ötən əsrin 80-ci illərinin sonlarında başlanan müharibə 1994-cü ildə imzalanan atəşkəs nəticəsində dayansa da, sülh sazişi imzalanmayıb. Tərəflər bu illər ərzində ordusunu gücləndirdiyini və müharibə başlayacağı təqdirdə qalib gələcəyini bəyan edir. ​

Günün bütün mövzuları

XS
SM
MD
LG