Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:48

Ukraynanın Odessa şəhərində partlayış olub


Foto arxiv
Foto arxiv

Ukraynanın liman şəhəri Odessadakı yaşayış evlərindən birinin yaxınlığında partlayış olub.

Polis hadisənin martın 22-də baş verdiyini və bunun əldədüzəltmə bomba olduğunu deyir.

Xəsarət alan olmayıb.

Partlayış nəticəsində Padaigma 12 təşkilatının ofisinə ziyan dəyib.

Bu təşkilat imkansız adamlara yardım göstərməklə məşğuldur.

Son aylar isə Ukraynanın şərqində gedən döyüşlərdə yaralanan əsgərlərə kömək edir.

Həmçinin birinci mərtəbədəki digər ofislərə ziyan dəyib.

Bundan əvvəl də Xarkov şəhərində də oxşar partlayış törədilib.

Ukrayna hakimiyyəti hesab edir ki, bu partlayışlar arasında əlqaqə ola bilər.

Qeyd edək ki, bu şəhərlərin ikisi də hakimiyyətin nəzarətindədir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində separatçılarla Ukrayna ordusu arasında gedən toqquşmalarda 6 mindən çox adam ölüb.

XS
SM
MD
LG