Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:54

Kabildə qadının qətlinə etiraz olaraq nümayiş keçirilib


Kabildə nümayiş. Mart 23, 2015
Kabildə nümayiş. Mart 23, 2015

Martın 23-də Əfqanıstanın paytaxtı Kabildə yüzlərlə adam bu günlərdə paytaxtda qadının döyülərək öldürülməsinə etiraz olaraq nümayiş keçiriblər.

Aksiyaçılar məsələ ilə bağlı ədalətli istintaq aparılmasını tələb ediblər.

27 yaşlı Farkhundanı martın 19-da əsasən gənclərdən ibarəd kütlə öldürüb.

Onlar məsçidin ətrafında qadını döyərək öldürüb, sonra isə meyitini yandıraraq, çaya atıblar.

Onlar qadını Quranı yandırmaqda günahlandırır.

Amma polis buna sübut olmadığını deyir.

Aksiyaçılar məsçidin qarşısından keçən yolu bağlayıb, sonra isə çayın kənarınadək yürüş ediblər.

Bu qətllə bağlı 13 nəfər həbs olunub.

Həmçinin baş verənlərə müdaxilə etmədiyinə görə 13 polis nəfəri saxlanıb.

Prezident Ashraf Ghani bu qətli ittiham edib və hərtərəfli istintaq aparılmasını göstəriş verib.

XS
SM
MD
LG