Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:05

Kəndlilər 51 il əvvəl salınmış torpaq yolun asfaltlanmasını istəyirlər


Arxiv fotosu
Arxiv fotosu

-

"Büdcədən hər il yolların təmir edilməsinə, asfalt küçələrin, maqistral yolların salınmasına milyonlar ayrılır. Həmin milyonlar da son qəpiyinə kimi xərclənir. Amma nədənsə, xərclənən pulların yollara olan təsirini hiss etmirik. Yəqin ki, bir küçəyə 4-5 dəfə asfalt döşəndiyi üçün digər əsas problemli yollara pul çatmır".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Astara sakniləri yazır. Sakinlər 51 il əvvəl çəkilmiş Təxtənəkəran-Toradi yolunun yararsız vəziyyətdə olmasından narahatdır. Yazırlar ki, bu yol torpaq olduğu üçün yağış, qar yağanda hərəkət dayanır. Çünki belə vəziyyətlərdə yola çıxan avtomobillər qəzasız ötüşmür.

AZI 10 KƏNDİN İSTİFADƏ ETDİYİ YOL

"Bu yoldan Astaranın iki ərazi inzibati nümayəndəliyi - Asxanakəran və Hamusam - daxilində olan 14 kənd, Lerik rayonunun Kaqoy, Coni, Hübi, Loda, Vılık və Tülükənd kəndləri, ümumilikdə 10 kənd istifadə edir. Daha çox istifadə edən Asxanakəran və Hamuşam ərazi numayəndəliyində yaşayan kənd camaatı dəfələrlə Astara Rayon İcra Hakimiyyətinin başçısına müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Hər dəfə cavabları bu olub ki, rayon büdcəsində bu yolun tikintisinə kifayət qədər vəsait yoxdur".

Yolsuzluqdan əziyyət çəkən sakinlər kənddən kənarda yaşamağa qərar verdikcə, kənd boşalır.

"Sərhəd Qoşunlarının "N" saylı alayı da bu yoldan istifadə edir. Bu ərazinin 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev, Qarabağ müharibəsində verilən 7 şəhidi, “İgidliyə görə” medalı ilə təltif olunan Eyvaz Əliyev kimi övladları var".

Astara rayon icra hakimiyyətinin başçısı son hesabatında bildirib ki, Astarada son 5 ildə 60 kilometr asfalt yol çəkilib.

İcra hakimiyyətindən "Qaynar xətt"ə kəndlərə yol çəkilişinin növbəti layihələrdə nəzərdə tutulduğu bilidirlib.

XS
SM
MD
LG