Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

AzadlıqLive 27 mart- Xaricə sığınan azərbaycanlılar

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində

Martın 27-da AzadlıqLive-da bu mövzuları müzakirə etdik:

(BURADA DİNLƏ)

- ​2010-2014-cü illərdə ŞərqiAvropa ölkələrində 1120 azərbaycanlı sığınacaq istəyib- BMT-nin Qaçqınlar Agentliyinin hesabatı

-Özü axtarışda olan Əlövsət Əliyev deyir ki, azərbaycanlıların xaricdə sığınacaq axtarmasının səbəbi siyasi təqiblərdir

-Fransız prokurorluluğu təyyarəni ikinci pilotiun qəsdən qəzaya uğratmasını bildirəndən sonra hamı pilotların seçilməsindən və hazırlığından danışır-Lubitzin evində axtarış nə göstərdi?

-Ali təhsilə pul xərcləməyə dəyərmi? “The Economist”: Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb -Qərb mətbuatının icmalı

-İslam Dövləti yaraqlıları arasında Şimali Qafqazdan 1500 nəfər var-Putinin Şimali Qafqazdakı nümayəndəsi belə deyir. Fevral ayında FSB sədri Bortnikov deyirdi ki, 1700 rusiyalı İD yaraqlıları sırasında döyüşür.

Və AzadlıqLİVE-də Günün sualı – Azərbaycanda pul verib ali təhsil almaq özünü doğruldurmu?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramının TAM ARXİVİ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:37 27.3.2015

Azərbaycanlılar niyə ölkədən gedir?

Azərbaycanlılar xaricdən niyə sığınacaq axtarır? Gedənlərdən biri, barəsində cinayət işi açılan, axtarışda olan, miqrasiya üzrə ekspert Əlövsət Əliyev:

"Gedən doğrudan da çoxdur. Gedənlər də ölkənin savadlı, intellektual adamlarıdır, səbəb də siyasi təqiblərdir". AzadlıqLive-da

Gözlə

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid


16:17 27.3.2015

Gözətçilər dustaqları qoyub, qaçıb (Video)

2015-ci ilin fevralında Ukraynada Debaltsevo şəhəri uğrunda gedən döyüşlərdə Çernuxina qəsəbəsində 375 dustağın olduğu həbsxana dağılıb və həbsxana gözətçiləri həbsxananı qoyub, qaçıblar. Bu 375 dustaqdan çoxusu da əvvəlcə qaçıb, sonra bir qismi yenidən həbsxanaya qayıdıb. Onlar burda özlərini qıraqda olduğundan daha təhlükəsiz hiss edir. Hazırda həbsxanada 100 dustaq var.

14:30 27.3.2015

Azərbaycanda pilotlar necə seçilir? Necə işləyir?

Qəzaya uğrayan təyyarədə ikinci pilot olmuş Andreas Lubitz yarımmarafon (20 km) qaçır
Qəzaya uğrayan təyyarədə ikinci pilot olmuş Andreas Lubitz yarımmarafon (20 km) qaçır

Fransız prokurorluluğu təyyarəni ikinci pilotiun - Andreas Lubitzin qəsdən qəzaya uğratmasını bildirəndən sonra hamı pilotların seçilməsindən və hazırlığından danışır- Azərbaycanda poliotlar necə hazırlanır? Hansı şəraitdə işləyir? Onların maaşı nə qədərdir? AzadlıqLive-da

14:28 27.3.2015

Əli Kərimli ilə söhbət

AXCP sədri Əli Kərimli ölkədəki proseslər, Milli Şuranın 5 aprel mitinqinə hazırlıq haqda Azadlıq Live-da

Davamı

XS
SM
MD
LG