Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

AzadlıqLive 27 mart- Xaricə sığınan azərbaycanlılar

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində


Martın 27-da AzadlıqLive-da bu mövzuları müzakirə etdik:

(BURADA DİNLƏ)

- ​2010-2014-cü illərdə ŞərqiAvropa ölkələrində 1120 azərbaycanlı sığınacaq istəyib- BMT-nin Qaçqınlar Agentliyinin hesabatı

-Özü axtarışda olan Əlövsət Əliyev deyir ki, azərbaycanlıların xaricdə sığınacaq axtarmasının səbəbi siyasi təqiblərdir

-Fransız prokurorluluğu təyyarəni ikinci pilotiun qəsdən qəzaya uğratmasını bildirəndən sonra hamı pilotların seçilməsindən və hazırlığından danışır-Lubitzin evində axtarış nə göstərdi?

-Ali təhsilə pul xərcləməyə dəyərmi? “The Economist”: Amerika tələbələrinin 45%-i universitetin ilk iki ilində uğur qazanmayıb. Təhsil haqqı isə 20 ildə iki dəfə artıb -Qərb mətbuatının icmalı

-İslam Dövləti yaraqlıları arasında Şimali Qafqazdan 1500 nəfər var-Putinin Şimali Qafqazdakı nümayəndəsi belə deyir. Fevral ayında FSB sədri Bortnikov deyirdi ki, 1700 rusiyalı İD yaraqlıları sırasında döyüşür.

Və AzadlıqLİVE-də Günün sualı – Azərbaycanda pul verib ali təhsil almaq özünü doğruldurmu?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç. Facebook-da müzakirələrə qoşul

AzadlıqLive proqramının TAM ARXİVİ

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

20:39 27.3.2015

Martın 27-də AzadlıqLive-da: 5 ildə Şərqi Avropada 1120 azərbaycanı sığınacaq alıb

Martın 27-də AzadlıqLive-da - xaricə sığınan azərbaycanlılar, İraqda və Suriyada vuruşan 1500 Şimali Qafqazlı, ali təhsilə pul verməyə dəyərmi?

18:22 27.3.2015

İkinci pilotun mənzilində axtarışda müstəntiqlər "vacib kəşf" ediblər

Müstəntiqlər Andreas Lubitzin Düsseldorfdakı mənzilində axtarış aparıblar və dediklərinə görə "vacib kəşf" ediblər. Ancaq müstəntiqlər bunun detallarını açıqlamırlar.Lubitzin valideynlərinin evində də axtarış olub. Lubitz Germanwings şirkətinin təyyarəsini Fransa üzərində qəsdən qəzaya uğratmaqda şübhəli bilinir.

18:06 27.3.2015

İD yaraqlıları arasında Şimali Qafqazdan 1500 adam var

İslam Dövləti yaraqlıları arasında Şimali Qafqazdan 1500 nəfər var, - Putinin Şimali Qafqazdakı nümayəndəsi Sergey Melikov belə deyir . Onlardan geri qayıdanlar da var. Belə qayıdanlardan 5-i anti-terror əməliyyatında öldürülüb. Fevral ayında FSB sədri Bortnikov deyirdi ki, 1700 rusiyalı İD yaraqlıları sırasında döyüşür. Ətraflı AzadlıqLive-da

17:51 27.3.2015

Xaricdə sığınacaq axtaranlar bir ildə 870 min nəfər olub

2014-cü ildə dünyada təxminən 870 min nəfər sığınacaq istəyib. BMT-nin Qaçqınlar Agentliyinin sözçüsü Melissa Fleming jurnalistlərə deyib ki, bir ildə az qala 50 faizlik artım Suriya və İraq mübaribəsinə görədir:“Suriya və İraq bizim dövrün ən pis humanitar böhranıdır”.Suriya və İraqdan gələnlərin əksəriyyətinə Türkiyə sığınacaq verib.

AVROPADAN SIĞINACAQ İSTƏYƏN AZƏRBAYCANLILAR DA ARTIB…

2010-2014-cü illərdə Şərqi Avropa ölkələrinə müraciət edənlərin 1120 nəfərinə sığınacaq verilib.

2010-cu ildə - 190 nəfər

2011-ci ildə - 80 nəfər

2012-ci ildə - 170 nəfər

2013-ci ildə - 290 nəfər

2014-ci ildə - 390 nəfər

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG