Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

-

Bakıdakı “Astoriya” Tibb Mərkəzində gənc ananın ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü, ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Bu barədə “Trend”ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.

Martın 20-də Bakıda İlahə Musazadə adlı gənc qadın “Astoriya” Tibb Mərkəzində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib, əməliyyatdan az sonra ana ölüb. Onun qohumu Cavid Musazadə “anspress”ə deyib ki, ölüm həkimlərin səhvi ucbatından baş verib.

“Astoriya” Tibb Mərkəzindən hadisənin olmasını Trend-ə təsdiqlər də, ətraflı məlumat verməkdən boyun qaçırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG