Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

Rusiyada ifrat sağçı forumu dayandırılıb


Rusiyada neo-nasist skinhedlərin hücumuna məruz qalmış kişi, arxiv foto
Rusiyada neo-nasist skinhedlərin hücumuna məruz qalmış kişi, arxiv foto

-

Rusiyanın Sankt Peterburq şəhərində Rusiya və Qərbdən ifrat sağçı fiqurların konfransı martın 22-də təxirə düşüb. Polis forumun keçirildiyi məkana bomba qoyulması barədə məlumat aldığını bildirib.

Rusiya Beynəlxalq Mühafizəkar Forumunun təşkilatçılarının məlumatına görə, polis onlara deyib ki, Holiday İnn otelinə bomba qoyulması barədə anonim zəng alıb. Otelə axtarış qrupu gəlib və iştirakçılar evakuasiya olunub.

Konfransa gəlmiş Rusiya və Qərb ifrat-sağçı xadimlər neo-nasist, anti-semitik və ksenofobik baxışları ilə fərqlənir.

Tədbirdən öncə polis otel qarşısında antifaşist fəaliyyətə etiraz edənləri saxlayıb.

Kremlin tənqidçiləri bildirir ki, Rusiya Avropadakı ifrat-sağçı siyasətçilər və qrupları himayə etməyə çalışır və məqsəd prezident Vladimir Putinə xaricdə dəstək qazanmaqdır.

XS
SM
MD
LG