Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:29

Yanukovych-in oğlunun Rusiyada həlak olduğu bildirilir


Baykal gölü
Baykal gölü

-

Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in oğlunun Rusiyada qəzada həlak olduğu bildirilir. Məlumatı media və ukraynalı deputat yayıb.

Ukrayna parlamentində Müxalifət Blokundan deputat Nestor Shufryk martın 2-də facebook səhifəsində yazıb ki, eks-prezidentin Viktor adlı oğlu Baykal gölü üzərində buzun qırılması nəticəsində gölə düşən avtomobilin içində olub.

33 yaşlı Yanukovych Viktor Davydov adı ilə tanınırdı. Batan maşında azı 4 nəfərin olduğu, qalanların xilas edildiyi bildirilir.

Ukrayna xarici işlər nazirliyi Rusiya rəsmilərindən və regiondakı Ukrayna konsulluğundan məlumatı təsdiqləməyə çalışdığını bəyan edib.

Məlumatlara görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Gerashchenko Rusiyanın Dozhd televiziyasına deyib ki, “qeyri-rəsmi mənbələr” Yanukovych-in öldüyünü təsdiqləyib.

Yanukovych ailə üzvləri ilə birlikdə Rusiyada yaşayır. O, 2014-cü ilin fevralında devrilib. Hökumətinin Avropa Birliyi ilə əməkdaşlıq sazişini imzalamaqdan imtinası ölkədə bir neçə aylıq etirazlara səbəb olub.

XS
SM
MD
LG