Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:45

CIA rəhbəri: ABŞ İranın nüvə bombası hazırlamasını əngəlləyə bilər


John Brennan

John Brennan

-

Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamasının qarşısını ala bilər və İran rəsmiləri bilirlər ki, belə silahlar hazırlamağa cəhd göstərsələr, bunun “böyük bədəli və nəticələri” ilə üzləşərlər. Bunu ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinn (CİA) rəhbəri John Brennan deyir.

Brennan martın 22-də ABŞ-ın Fox News televiziya kanalına danışıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların İranın nüvə dövlətinə çevrilməməsinə nail olmaq üçün bir neçə yolu var.

İran və Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və Birləşmiş Ştatlar rəsmiləri hazırda danışıqlar aparırlar. Onlar Tehrana sanksiyaların yumşaldılması əvəzində nüvə fəaliyyətinin məhdudlaşdırılması üçün razılaşma əldə etməyə çalışırlar. Bu razılaşma üçün son tarix martın 31-dir.

İran nüvə proqramının dinc məqsədli olduğunu deyir. Brennan deyib ki, İran rəsmiləri nüvə silahı hazırlamağa cəhd göstərsələr, “özlərini riskə atacaqlarını bilirlər”. Brennan-ın sözlərinə görə, iranlıların həyata keçirəcəklərini söylədikləri “şeylərdən bəzilərini yoxlamaq üçün ABŞ kəşfiyyatının daha yaxşı planı və imkanı var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG