Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:09

Deputat olmaq istəyən müsəlman ifrat millətçilərlə sövdələşmədə ittiham olunur


EDL-in mitinqlərindən biri.
EDL-in mitinqlərindən biri.

Britaniyada hakim Mühafizəkarlar Partiyasından müsəlman namizəd İngiltərənin ifrat millətçi təşkilatı - Müdafiə Liqası ilə sövdələşməkdə ittiham olunduğuna görə partiyadan çıxarılıb.

Ona qarşı irəli sürülən iddialara görə, Afzal Amin may ayında keçiriləcək seçkilərdə mandat qazanmaq üçün qatı antimühacir və antimüsəlman mövqedə duran İngiltərə Müdafiə Liqası (English Defence League-EDL) ilə plan qurub.

Bu plana görəEDL məsçidlərin üzərinə yürüş elan etməli, lakin Amin guya onlarla danışıq aparıb bu fikirdən daşındırmalı imiş.

Deputatlığa namizədi “Mail on Sunday” qəzeti “tələyə” salıb.

Beləki EDL nümayəndələrinin adı ilə namizədlə qəzetin müxbirləri danışıblar və bu, gizli kamera ilə çəkilib.

Amin bu iddiaları rədd edir və bildirir ki, ona böhtan atılır.

XS
SM
MD
LG