Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

“OPEC neftin qiymətini qaldırmaq yükünün altına girməyəcək”


Səudiyyənin neft naziri Ali bin Ibrahim Al Naimi
Səudiyyənin neft naziri Ali bin Ibrahim Al Naimi

Səudiyyə Ərəbistanın neft naziri bəyan edib ki, onun ölkəsi yarıbayarı ucuzlaşmış neftin qiymətini qaldırmaq məsuliyyətini təkbaşına öz üzərinə götürə bilməz”.

Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin aşağı səviyyədə qalması əsas etibarilə Səudiyyənin istehsalı azaltmaq istəməməsi ilə bağlıdır.

Nazir daha sonra deyib ki, OPEC bütün dünya neftinin yalnız 30 faizini verir və neftin qiymətinin artmasını istəyiriksə, 70 faizi verən qeyri-OPEC ölkələri də hərəkət etməlidirlər.

Bundan bir qədər əvvəl OPEC-in rəhbəri Mohammed al-Madi neft qiymətlərini yenidən bir barrel üçün 100-120 dollara qaldırmaq çox çətin olacaq.

Brent markalı neftin qiyməti hazırda bir barrel üçün 55 dollardır.

Səudiyyə naziri Naimi bir daha vurğulayıb ki, neft qiymətlərinin aşağı olmasının siyasətlə heç bir əlaqəsi yoxdur.

O deyib ki, hazırda krallığın günlük neft istehsalı 10 milyon barreldir və əgər müştərilərdən tələb olarsa, bu rəqəm artırıla bilər.

“Hələlik tələbat yoxdur” – deyib nazir.

XS
SM
MD
LG