Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:23

Rusiya səfiri NATO üzvünü nüvə raketləri ilə hədələdi


Rusiyanın Baltik dənizindəki "Kaliningrad" hərbi gəmisi.
Rusiyanın Baltik dənizindəki "Kaliningrad" hərbi gəmisi.

Rusiyanın danimarkadakı səfiri bəyan edib ki, əgər Danimarka NATO-nun raketdən müdafiə sipərinə qoşularsa, Rusiya öz nüvə raketləri bu ölkənin gəmilərinə tuşlanacaq.

-

Rusiyanın bu ölkədəki səfiri bəyan edib ki, əgər Danimarka NATO-nun raketdən müdafiə sipərinə qoşularsa, Rusiya öz nüvə raketlərini NATO üzvü olan bu ölkənin gəmilərinə tuşlayacaq.

Kopenhagen bu hədələri yolverilməz adlandırıb, NATO isə bildirib ki, Moskvanın bəyanatı sülhə xidmət etmir.

Danimarka hələ ötən avqust ayında bildirmişdi ki, özünə aid bəzi hərbi gəmilərinin radarlarını raketdən müdafiə sisteminin xidmətinə verəcək.

NATO bildirib ki, onun raketdən müdafiə sipəri İran kimi ölkələrdən gələn raket təhlükəsini önləmək məqsədi güdür.

Moskva bu sistemin yaradılmasına çoxdan etiraz edir və bildirir ki, bu sipər onun özünü, nüvə cəbbəxanası baxımından Qərblə qeyri-bərabər vəziyyətə salacaq.

NATO cavab verdi

Rusiyanın Danimarkadakı səfiri Mikhail Vanin “Jyllands-Posten” qəzetinə müsahibəsində bildirib ki, danimarkalılar bu proqrama qoşulmağın onlar üçün mümkün nəticələrini lazımınca təsəvvür etmirlər.

“Əgər bu baş verərsə, Danimarkanın hərbi gəmiləri Rusiyanın nüvə raketləri üçün hədəf olacaq” – deyib səfir.

Bu bəyanata cavab olaraq NATO sözçüsü Oana Lungescu deyib ki, Danimarka şimal alyansının sədaqətli üzvüdür və müttəfiqlər onu müdafiə etməyə hazırdırlar.

Sözçü bir daha təkrar edib ki, NATO-nun raketdən müdafiə sipəri Rusiyaya qarşı deyil, bütün raket hədələrinə qarşı yönəlib.

Səfirin tonu

O deyib ki, bu sistemin yaradılması barədə qərar çoxdan qəbul edilib və ona görə də indi səfirin bəyanatının vaxtı və tonu başa düşülmür.

Xəbər verilir ki, NATO-nun sipər proqramı əsasında Danimarka torpağında raketlərin yerləşdirilməsi nəzərdə tutulmnur, hərçənd müdafiə raketləri Qrenlandiya adasında yerləşdirilə bilər.

Səfir Vanin deyib ki, Danimarka Rusiyaya qarşı hədənin bir hissəsinə çevrilə bilər və onun Rusiya ilə münasibətləri tamamilə pozular.

O həmçinin vurğulayıb ki, Rusiya sözü gedən sipəri yarmağa qabil raketlərə malikdir.

Boş şeydir?..

Danimarkanın xarici işlər naziri Martin Lidegaard bəyan edib ki, Rusiyanın bəyanatı qəbulolunmazdır.

Elə həmin qəzetə verdiyi şərhdə nazir deyib ki, Rusiya NATO sipərinin onu hədəfləmədiyini yaxşı bilir.

NATO komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı General Philip Breedlove bazar günü Brüsseldə keçirilən konfransa bildirib ki, Moskvanın hədələri sipərə qoşulan ölkələrə qarşı kampaniyada yeni mərhələdir.

O deyib ki, Rusiya eyni hədələri vaxtilə Rumıniya və Polşaya qarşı da səsləndirib və görünür, gələcəkdə də bu sistemə qoşulmaq istəyən ölkələr eyni siyasi təzyiqlərlə üzləşəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG