Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

Yeni Cinayət Məcəlləsi üzərində iş gedir


Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov

Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov

2007-ci ildə bölgələrdə apellyasiya məhkəmələri fəaliyyətə başlayacaq. Prezidentin İcra Aparatının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərov bu barədə açıqlama verib. «Hazırda apellyasiya məhkəmələrinin yaradılması üçün hazırlıq işləri görülür. Bina, avadanlıq və sair təşkilati məsələlər həll edildikdən sonra həmin məhkəmələrə hakimlər təyin olunacaq». Cənab Ələsgərovun sözlərinə görə, məhkəmələrin gələn ildən fəaliyyətə başlaması üçün hər şey ediləcək.


Prezident Aparatının şöbə müdiri hazırda yeni Cinayət Məcəlləsi üzərində iş getdiyini də bildirib: «Biz hal-hazırda Avropa Şurası ilə birgə Cinayət Məcəlləsi ilə bağlı işçi qrupu yaratmışıq və yeni Cinayət Məcəlləsi üzərində iş gedir».


Azərbaycan prezidenti vətəndaşların şikayətlərinə baxılmasını intensivləşdirməkdən ötrü bölgələrdə apellyasiya məhkəmələrinin yaradılması haqqında sərəncam verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG