Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:52

Müdafiə Nazirliyi: "Atəşkəs rejimi 56 dəfə pozulub"


"Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sütka ərzində atəşkəs rejimini 56 dəfə pozub". Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərdə deyilir ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Vazaşen, Berd rayonunun Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Qazax rayonunun Kəmərli kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Müdafiə nazirliyi cavab atəşi ilə qarşı tərəfin susdurulduğunu da yazır.

Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan ordsunun təmas xəttində ağır döyüşlərdən, tərəflər bir-birinə itkilər yetirdirdiklərini elan edəndən sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanı atəşkəs razılığının bərpa olunmasına çağırmışdı.



XS
SM
MD
LG