Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

Quranı yandırdığı iddia olunan, kütlənin döyüb öldürdüyü əfqan qadın - Fərhundəni qadın hüquq müdafiəçiləri dəfn edib.

Dəfn mərasimi izdihamlı keçib. İzdiham qatillərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Mohammad Zahir deyib ki, qadının Quranı yandırdığı iddiaları təsdiqini tapmayıb.

Fərhundə martın 19-da kişilərdən ibarət qrup tərəfindən döyülüb yandırıldıqdan sonra Kabil çayına atılıb.

Prezident Ashraf Gani hadisəni “iyrənc akt” adlandırıb, istintaq aparılması barədə göstəriş verib. Polis qətllə bağlı 13 nəfəri həbs edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG