Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:38

Saakashvili tərəfdarlarını qisasçılıqdan uzaq olmağa çağırıb


Mikheil Saakashvili
Mikheil Saakashvili

Gürcüstanın sabiq prezidenti Mikheil Saakashvili Milli Birlik Hərəkatı tərəfdarlarını qisas və kindən uzaq durmağa çağırıb.

“Qisas almaq və haqq-hesab çürütmək barədə düşünmək belə olmaz. Çünki Gürcüstan eyni səhvi bir də təkrarlaya bilməz. Biz tariximizin bu fəslini artıq qapatmalı və bir daha ona qayıtmamalıyıq. Gürcüstanın köhnə məsələləri saf-çürük etməyə vaxtı yoxdur”.

Saakashvili Tbilisidə nümayişə toplaşmış tərəfdarlarına Brüsseldən müraciət edərkən belə deyib.

O deyib ki, “tezliklə biz hamımız bir ölkənin övladları olduğumuzu və bir düşmənimizin olduğunu dərk edəcəyik. Bizim keçmişimiz fərqli ola bilər, amma gələcəyimiz eynidir”.

Martın 21-də Gürcüstanda on minlərlə insan hökumət əleyhinə son illərin ən böyük nümayişinə qatılıb.

Mitinqçilər iqtisadi çətinliklərə, milli valyutanın 30 faiz ucuzlaşmasına və ölkədə cinayətkarlığın artmasına etiraz ediblər.

Nümayişçilər baş nazir Bidzina İvanishvili hökumətini dinc şəkildə istefa verməyə çağırıblar.

XS
SM
MD
LG