Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

Ukrayna hakimiyyətində keçmiş gürcü məmurlar


Eka Zguladze
Eka Zguladze

-

Ukraynada populyar bir zarafat dildən-dilə dolaşır: “Baş nazir Arseniy Yatsenyuk hökumətinə “Sabahınız xeyir” deyəndə gürcücə “Gamarjoba genatsvale” (“Salam, dost”) cavabını eşidir”.

Zarafat da boş yerə yaranmayıb axı, hökumətdə yüksək vəzifədə gürcü kadrlar sayca ikincidir.

Hazırda 4,5 milyonluq gürcü xalqının azı 5 nümayəndəsi müxtəlif vəzifələrdə işləyir, azı 8-si ekspert kimi çalışır.

Onların çoxu 2004-2013-cü illərdə - Mikheil Saakashvilinin hakimiyyəti dövründə hökumətdə yüksək postlar tutublar. Keçmiş prezidentin özü hazırda Ukrayna prezidenti Petro Poroshenko-nun yanında beynəlxalq məsələlər üzrə Məsləhət Şurasının sədridir. O həm də prezidentə iqtisadi məsələlərdə müşavirlik edir.

Yeni təyinatlar ümid verir ki, onlar Gürcüstanda yaratdıqları liberal iqtisadiyyat və qanun-qayda ilə bağlı uğurlarını Ukraynada da təkrar edəcəklər.

Bu ilin fevralında ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilən Giya Getsadze “Kiyev Post” bildirib ki, Gürcüstanda islahatların nəzticələri özünü tez biruzə vermişdi. Ancaq o əlavə edir ki, ictimai nəzarət və demokratiya baxımdan Ukraynada daha yaxşı ola bilər.

Getsadze, 2004-cü ildə Gürcüstanda ədliyyə nazirinin müavini, 2005-ci ildə isə daxili işlər nazirinin müavini olub. Onun Gürcüstanda mülkiyyət və biznes üzrə dövlət qeydiyyatının, banklarda və notariuslarda nazirliyin qeydiyyat funksiyalarının sadələşdirilməsində, sənədləşdirmənin elektronlaşdırılmasında, Ədliyyə Nazirliyində büroktatiya və korrupsiyanın kəsilməsində rolu olub.

Mikheil Saakashvili Ukrayna Məsləhət Şurasında çalışdığını göstərən vəsiqəni nümayiş etdirir
Mikheil Saakashvili Ukrayna Məsləhət Şurasında çalışdığını göstərən vəsiqəni nümayiş etdirir

Getsadze-dən əvvəl Ədliyyə Nazirliyində ekspert kimi daha üç gürcü işləməyə başlayıb.Hər biri də vaxtilə Gürcüstanda yüksək dövlət postu tutub. Onların bəziləri artıq 3 aydır ki, burda işləyirlər.

Ukraynada gürcüsayağı polis

Eka Zguladze-Glucksmann ötən ilin dekabrında daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. O, hazırda yeni işçilərdən yaradılacaq yeni yol polisi layihəsi üzərində çalışır. Yeni yol patrulları Kiyevin küçələrində iyun ayında görünəcək. İlin axırına kimi isə bir neçə böyük şəhərdə artıq yeni yol polisi işləyəcək.

Dekabrda səhiyyə naziri postuna təyin olunmuş Alexander Kvitashvili istəyir ki, qanunvericilik BMT-nin Uşaq Fondu və Dünya Səhiyyə Təşkilatı vasitəsilə dərman preparatları almağa imkan versin. Məqsəd korrupsiyadan yan keçməkdir.

Kvitashvili Gürcüstanda səhiyyə sistemini sıfırdan qurmuşdu. Ukraynada hökumət, qeyri-kommersiya və özəl xəstəxanaları birləşdirməyə çalışır.

Digər keçmiş gürcü məmuru David Sakvarelidze baş prokurorun müavini postuna ötən ilin dekabrında təyin olunub.

David Sakvarelidze Gürcüstanda çalışarkən
David Sakvarelidze Gürcüstanda çalışarkən

Gürcülər deyirlər ki, inqilab müxtəlif dəyişikliklərə səbəb olur. Ancaq onlar onu da bildirirlər ki, Gürcüstanda dəyişikliklər sıfırdan başladı, Ukraynanın isə güclü vətəndaş cəmiyyəti var. “Biznes hazırdır, adamlar hazırdır”, ədliyyə nazirliyinin müavini Giya Getsadze deyir: “Burda nə istədiyini əla bilən qeyri-hökumət təşkilatı sektoru və vətəndaş cəmiyyəti var.

Sabiq gürcü məmurları təcrübələrini bölüşmək istəyirlər

Vəzifə tutan gürcülər deyirlər ki, onlar Ukraynada öz təcrübələrini bölüşmək istəyirlər. “Ukrayna modeli daha yaxşı olacaq, çünki bizim artıq təcrübəmiz var”, - onlar deyirlər.

Keçmiş gürcü məmurları artıq Ukrayna ordusunda da xidmət edirlər.

Ukrayna qoşununa təlim keçən David Makishvili deyir ki, Ukrayna ordusu NATO standartlarına uyğunlaşdırılmalıdır.

2008-ci ildə Cənubi Osetiyada döyüşən 4-cü briqadaya və 2010-2012-ci ildə Ukrayna ordusuna rəhbərlik edən general Giorgi Kalanadze “Kiyev Post” a deyib ki, o, Donbasdakı Ukrayna ordusuna təlim keçir.

XS
SM
MD
LG