Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

Bakı-Sumqayıt yolu: 30 illik deyirdilər, 2 ilə dağıldı


Bakı-Sumqayıt yolu (avtosfer.az)

Bakı-Sumqayıt yolu (avtosfer.az)

-

Avtosfer.az saytı yazır ki, 30 illiyə istismara verilən avtoban mağıstralın ömrü 5 il də çəkmədi.

Sayt yazır ki, 2011-ci ildə tam olaraq istismara verilən Bakı-Sumqayıt yolu bərbad hala düşüb. “Əslində, bu avtoban magistralda çökmə, qabarma və dağılma halları 2012-ci ildən müşahidə edilməyə başlamışdı. 2013-cü ildə yolun bir xeyli hissəsində təmir-bərpa - əslində yamaqvurma işləri aparıldı. İndi isə Bakı-Sumqayıt yolu “müharibədən çıxmış” durumu xatırladır”.

Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı-Sumqayıt yolunun bəzi hissələrində - Masazır, Saray, Ceyranbatan qəsəbələri ərazisində - çəkilən fotolardan da görünür ki, şosse dəfələrlə yamanmaqdan yararsız haldadır. Bakı-Sumqayıt yolunda artıq elə vəziyyət yaranıb ki, 3 zolaqlı yolun iki zolağında hərəkət avtomobillərə ziyan vurduğundan hamı 1-ci zolaqla hərəkət edir.

Bakı-Quba-Rostov yolunun qurulmasına 630 milyon manat pul ayrılmışdı.

Cibində 4 min manatı olana yaşıl işıqdır

“Bizim Yol” qəzeti azərbaycanlı turistlərin hansı ölkələrə səyahət etməsi ilə maraqlanıb.

Qəzet yazır ki, manatın devalvasiyasından sonra turpaketlərin qiymətində 200-250 manat həcmində dəyişiklik var. “Azərbaycanlılar Avropada əsasən Fransa, İtaliya, Avstriyaya çox gedirlər. Paris, Milan, Madrid, Vyana bizim turistlərin ən çox üstünlük verdikləri şəhərlərdəndir”.

Turoperatorlar qəzetə bildiriblər ki, Avropa ölkələrində 4 ulduzlu hotellərin qiyməti təxminən 875 manat olacaq. 3 ulduzlu 7 gecəlik hotel 510 manat olacaq. Biletsizdir və qiymətə səhər yeməyi daxildir. Ümumi götürdükdə 5 ulduzlu hotel 1600 manat, 4 ulduzlu 1400 manat, 3 ulduzlu da 1300 manat olacaq. Yəni 1500 manata qədər 3 və 4 ulduzlu, ondan yuxarı isə 5 ulduzlu hoteldə qala bilərsiz.

Novruzu nevroz edən sürücülər

“Yeni Müsavat” qəzeti yazır ki, bayram günlərində Bakı Beynəlxalq Avtovağzalında sürücülər yenə qiyməti qaldırıblar. 10 manatlıq yolu 15 manata, 20 manata gedilən yolu 25 manata aparırılar.

Adətən 10-12 manata Lənkərana gecən sürücü qiyməti 20-25 manata qaldırıb. Şimal rayonlarına 15 manata olan qiymət indi 20 manatdır. Niyə qiyməti qaldırırsınız sualına isə min cür cavab verirlər. “Biri kimlərəsə ayrıca haqq verdiyini deyir, kimisi Bakıya sərnişinsiz gəldiyi üçün ziyana düşdüyünü, başqa birisi benzinin baha olduğunu bəhanə edir.”

Yol polisindən sərxoş sürücü xanımlara sərt xəbərdarlıq

Vaqif Əsədov

Vaqif Əsədov

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Üç nöqtə” qəzetinə bildirib ki, sərxoş xanım sürücülərin sayı çoxalıb:

“Sərxoş sürücülərin müqayisəsini aparanda xanımların da çox olduğunu görürük. Avtomobil idarə etmək bizim xanımlara yaraşır, amma sükan arxasında sərxoş halda avtomobilin idarə edilməsini xanımlarımıza yaraşdırmırıq. Görünür, xanımlarımız sükan arxasında diqqətli olmağın vacibliyini unudurlar. Bu da yaxşı hal deyil. Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinə qarşı bizim əməkdaşlarımız tərəfindən tez-tez reydlər keçirilir. Arxayın olmasınlar ki, xanımlığından istifadə edərək avtomobili istədikləri kimi idarə edə bilərlər. Ölkədə 40-50 min arası sürücü xanım var. Qanun hər kəs üçündür. Hər bir sürücü «Yol hərəkəti haqqında» qanunun tələblərinə riayət etməlidir. Sükan arxasında qadınlığını unutmalıdır».

V.Əsədovun sözlərinə görə, bütün bunlarla yanaşı, spirtli içki qəbul edəndən sonra ayıq sürücü xidmətindən istifadə edənlərin sayı artıb. Lakin bu xidmətdən daha çox kişilər istifadə edirlər: “Xanımların ayıq sürücü xidmətindən istifadə etməsinin şahidi olmamışam. Çünki xanımın içki qəbul etməsini və ayıq sürücü çağırıb “məni evə apar” deməsini hələ də təsəvvür edə bilmirik. Bu, bizim mentalitetimizə yaddır. Saxlanılan sürücü sərxoşluğunun dərəcəsinin yoxlanılması üçün müayinədən keçirsə, utanmadan ayıq sürücü xidmətindən istifadə etməlidir. Amma etmirlər. İlin əvvəlindən bu günə qədər 100-dən artıq xanım sürücü sərxoş halda saxlanılıb”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG