Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:38

AXCP sədri ilə Nəsimi Rayon Prokurorluğu arasındakı məhkəmə yenə təxirə salındı


AXCP sədri Əli Kərimlinin Nəsimi Rayon Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə növbəti dəfə baş tutmadı. İkinci dəfədir ki, cavabdeh tərəf kimi Nəsimi rayon prokurorluğunun nümayəndəsi məhkəməyə gəlmir. Buna görə də oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi mübahisəni cavabdeh tərəf olmadan araşdırmaq qərarına gəldi və prosesi noyabrın 1-ə təyin etdi. AXCP sədri iddia edir ki, Nəsimi Rayon Prokurorluğu 1994-cü ilin əvvəlində ona qarşı başlamış cinayət işini indiyə qədər bağlamamaqla onun hüquqlarını pozub. Çünki, Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsi də buna əsaslanaraq Əli Kərimliyə müddəti başa çatmış ümumvətəndaşlıq pasportunun əvəzinə yenisini verməkdən imtina edir. Həmin cinayət işi Əli Kərimliyə qarşı qanunsuz silah saxlama maddəsi ilə açılmışdı. Cənab Kərimlinin vəkili Tofiq Quliyev hesab edir ki, həmin vaxtdan sonra Əli Kərimli ümumvətəndaşlıq pasportu alıb və bir dəfə millət vəkili seçilib. Respublika Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev bildirir ki, Əli Kərimli ilə prokurorluq arasında mübahisədən söhbət gedə bilməz, çünki pasportu Əli Kərimliyə Daxili İşlər Nazirliyi verməlidir. .


İndi bu mübahisəni Nəsimi Rayon Məhkəməsi noyabrın 1-də araşdırmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG