Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

Jurnalisti söydüyünə görə qubernatora töhmət verildi


Igor Kolomoisky
Igor Kolomoisky

Ukrayna prezidenti Petro Poroshenko jurnalisti söyüş söyməklə təhqir etmiş Dnepropetrovsk qubernatory İgor Kolomoyski-yə töhmət verib.

Prezidentin saytında bu barədə dərc olunmuş sərəncamda deyilir ki, töhmət Kolomoyski-nin “dövlət qulluqçusuna yaraşmayan hərəkəti”nə görə elan edilib.

Xəbər verildiyi kimi milyarder Kolomoyski “Transnaft” şirkətinin rəhbərliyinin dəyişdirilməsinə etirazını bildirmək üçün martın 20-də silahlı şəxslərlə birlikdə 42 faiz paya malik olduğu şirkətin ofisinə gəlib.

Bu zaman “AzadlıqRadiosu” jurnalistinin sualını cavablandırarkən oliqarx onun ünvanına təhqiramiz ifadələr işlədib.

Bu hadisənin videosu YouTube saytında yerləşdirilib.

Ukraynanın İnformasiya Nazirliyi, parlamentin söz azadlığı komitəsi və media qurumları Kolomoyski-dən jurnalistdən üzr istəməsini tələb ediblər.

XS
SM
MD
LG