Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Petro Poroshenko: Ukraynaya 11 ölkə kömək edir


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Kiyevdə Litva prezidenti Dala Gribauskaite ilə söhbəti zamanı deyib ki, onun ölkəsi öz hərbi qüdrətinin artırılmasında Avropa İttifaqının dəstəyinə bel bağlayır.

Poroshenko-nun sözlərinə görə, indiyədək 11 ölkə Ukraynaya müxtəlif şəkildə hərbi yardım göstərib.

Ukrayna lideri deyib ki, Kiyev həm Aİ-nin tələb etdiyi islahatlar, həm də ordunun modernləşdirilməsi üzərində işləməlidir.

“Ukrayna ordusu hazırda hibrid müharibələr şəraitində döyüşmək kimi qiymətli təcrübə əldə edib” – deyib Ukrayna prezidenti.

O bildirib ki, orduda fərarilik halları çağırışın 1 faizi səviyyəsinə enib.

Onun sözlərinə görə, səfərbərliyin ilk həftələrində xidmətdən yayınanlar 30 fazi təşkil edib.

XS
SM
MD
LG