Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30

ABŞ qoşunları Yəməndən çıxırlar


Prezidentə sadiq Xalq Müqaviməti Komitəsinin üzvləri
Ədən yaxınlığında.

Prezidentə sadiq Xalq Müqaviməti Komitəsinin üzvləri Ədən yaxınlığında.

Yəmən hökumət mənbələri xəbər veriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı ABŞ hərbi heyətibu ölkədəki hərbi bazadan çıxır.

Rəsmilər bildiribnlər ki, ölkənin cənubundakı Əl-Hutada yerləşən Əl-Anad hərbi-hava bazasındakı 100-dək Amerika əsgəri Yəməni tərk edir.

Bu qoşunların arasında ABŞ-ın xüsusi komandosu da var.

Əl-Qaeda döyüşçüləri ötən cümə günü bu şəhərə hücum etsələr də, Yəmən qoşunları onları geri oturdub.

ABŞ komandanlığı evakuasiya barədə rəsmi məlumat verməyib.

Bundan bir gün əvvəl Sanada törədilmiş məsçid partlaylışında 137 nəfər həlak olub. Bu basqına görə məsuliyyəti İslam Dövləti adlı təşkilat öz üzərinə götürüb.

Xəbər verilir ki, hazırda Yəməndə Huti qiyamçıları, əl-Qaeda və İslam Dövləti də daxil olmaqla qüdrətli qruplaşmalar arasında qarşıdurma gözlənilir.

Əl-Anad bazasındakı Amerika hərbçiləri Yəmən əsgərlərini əl-Qaeda ilə mübarizəyə hazırlayırdılar.

ABŞ Sana örtən fevralda Huti qiyamçıların əlinə keçəndən bəri oradakı səfirliyini bağlayıb.

Bu arada ötən aydan bəri paytaxtdan qaçmış prezident Abdrabbuh Mansour Hadi televiziya ilə ilk çıxışını edərək Huti qiyamçılarından paytaxtdan çıxmalarını tələb edib.

O öz çıxışında vəd edib ki, “Yəmən bayrağını qiyamçıların şimaldakı istehkamında qaldıracaq”.

Bu çıxışdan az sonra Huti qiyamçıları prezidentə tərəfdar olanlara qarşı səfərbərlik elan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG