Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05

-

“2013-cü ilin noyabr ayında Qəbələ MTN-i barəmdə cinayət işi başladı. Guya mən ANS və ATV-nin "qaynar xət"lərinə mesaj yazaraq prezidentiliyə namizəd Cəmil Həsənlinin adamları tərəfindən Lider TV-nin binasına 8 ədəd qumbara qoyulması, az sonra partlayış baş verəcəyi barədə yalan məlumat vermişəm".

"MESAJIN MƏNİM TELEFONUMDAN YAZILMASI SÜBUTA YETİRİLMƏYİB"

Qəbələ rayonu, Tikanlı kəndinin sakini Sənur Ağahüseynov AzadlıqRadiosunun "Qaynar xətt"inə sözün əsl mənasında işə düşməsindən danışır. Deyir, bilmədiyi, görmədiyi, xəbəri olmadığı cinayəti onun üzərinə atıblar.

"2 il əvvəl mənimlə eyni oteldə işləyən Qismət Səfərçinovun ​telefonu itmişdi. 6 aydan sonra polis həmin telefonu Tikanlı kəndinin sakini Ruslan İsmayılovdan aşkar edib. O da məlum olub ki, Ruslana telefonu Təbriz adlı öz həmkəndlimiz satıb. Bundan sonra məni MTN-in Qəbələ şöbəsinə çağırdılar. Dedilər ki, telefon itdiyi günlərdə nömrəsi çıxarılaraq sənin telefonuna taxılıb və noyabrın 14-də həmin nömrədən mesaj yazılaraq partlayış barədə telekanallara yalan məlumat verilib. Əgər həmin mesaj mənim telefonuma taxılmış nömrədən gedibsə, telefonumun İMEİ kodu fiksə olunmalıydı, harda qeydiyyatdan keçib ki, mesaj mənim telefonuma taxılmış nömrədən gedib? 2 ilə yaxındır bu sualım cavabsız qalıb. Telefonu itirən biri, satan biri, alan da biri... Ortada mən işə düşmüşəm".

"MƏNƏ VERİLƏN İTTİHAM AĞ YALANDIR"

Sənur Ağahüseynova qarşı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, o, Qismət Səfərçinova məxsus olan və itən mobil telefon cihazından simkartı çıxararaq özünə məxsus mobil telefon cihazına taxıb. ANS və ATV telekanallarının "qaynar xət"lərinə mesaj yazaraq prezidentliyə namizəd Cəmil Həsənlinin yaxın adamları tərəfindən Lider TV-nin binasına 8 ədəd qumbara qoyulması barədə yalan məlumat verib.

“Guya mesajı yazandan sonra telefonu tullamışam. Ağ yalandır. Bunu kim edibsə, qalıb kənarda, ya da cinayətkarı tapa bilməyiblər. İşi mənim üzərimdə bağlamaq qərarına gəliblər. Dəfələrlə yoxladılar, aşkar etmədilər".

MƏHKƏMƏ...

Dızaxlı kənd sakini Qismət Səfərçinov istintaqa verdiyi ifadəsində göstərib ki, 2013-cü ilin yayında ona məxsus mobil telefon itib. Telefona dəfələrlə zəng vursa da, qapalı olub. Sonradan telefonla nə baş verib, xəbəri yoxdur. Bir də 2013-cü ilin noyabr ayında ona məlum olub ki, telefonu tapılıb.

İndi Sənur Ağahüseynov məhkəmə qarşısındadır. Onu Şəki Ağır Cinayətlər Məhkəməsi mühakimə edir. İndiyədək bir məhkəmə iclası keçirilib və Sənud Ağahüseynov dindirilib.

"Mən məhkəmə ifadəmdə də göstərdim ki, bu işdən xəbərim yoxdur. Getsinlər, mesajın yazıldığı telefonun İMEİ kodunu yaxşı araşdırsınlar. Ortaya sübut qoysunlar".

Şahidlər məhkəməyə gəlmədiklərindən hakim Xəqani Səmədov iclasa martın 31-dək fasilə verib. Həmin gün məhkəmə şahidləri dindirəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG