Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21

-

Belarus Birləşmiş Millətlər Təşkilatı tərəfindən qoyulmuş embarqonu pozaraq Liviyadakı qruplaşmalara silah göndərməsi barədə ittihamları «qurama» adlandırır və onları rədd edir.

Belarusun xarici siyasət idarəsinin sözçüsü Dmitry Mironchik martın 21-də bəyan edib ki, Minsk ancaq Liviya hakimiyyətinə silah göndərib, bu da BMT-nin razılığı ilə mümkün olub.

Mironchik-in dediyinə görə, Belarus müstəqil şəkildə Liviyaya silah göndərməyi 2014-cü ilin iyununda ölkədə təhlükəsizlik şəraitinin pisləşməsi səbəbindən dayandırıb.

Liviya lideri Muammar Gaddafi-nin 2011-ci ildə hakimiyyətdən salınması və öldürülməsi ölkəni xaosa sürükləyib.

Ötən ay «Reuters» BMT Təhlükəsizlik Şurası ekspertlərinin məxfi hesabatını yayıb. Orada Belarusun 2013-2014-cü illərdə Liviyadakı silahlı qruplaşmalara döyüş sursatı göndərdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG