Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Nüvə danışıqlarında razılaşma mümkündür – İran prezidenti


Hassan Rouhani
Hassan Rouhani

-

İran prezidenti Hassan Rouhani Tehranla dünya dövlətləri arasında aparılan nüvə danışıqlarının yekun razılaşma ilə bitəcəyinə inandığını bildirib.

IRNA dövlət agentliyi martın 21-də ondan sitat gətirərək yazır ki, razılığa gəlmək mümkündür.

İran prezidenti danışıqların gedişi ilə bağlı optimizmini ifadə edib.

«Danışıqların bu raundunda əvvəllər fikir ayrılıqları olmuş bir çox sahələr üzrə ümumi razılıq əldə edildi. Bu isə yekun razılaşma üçün zəmin yaradır», - Rouhani bildirib. O daha sonra əlavə edib: «Orda həlli olmayan heç nə yoxdur».

İranın rəsmi heyəti Lozannada ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya rəsmiləri ilə danışıqlar aparıb. Danışıqlarda bildirilib ki, Tehran nüvə proqramını məhdudlaşdırarsa, iqtisadi sanksiyalar götürüləcək. ​

XS
SM
MD
LG