Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:42

Rusiya Krımda nüvə silahı yerləşdirəcək - Zbigniew Brzezinski


Zbigniew Brzezinski
Zbigniew Brzezinski

-

«Ruslara heç nə mane olmur ki, nüvə silahını Krımda yerləşdirsinlər».

Amerikalı politoloq Zbigniew Brzezinski Brüsseldə Marşal İnstitutundakı çıxışında belə deyib.

Onun fikrincə, bunun qarşısını almaqdan ötrü qanuni qadağa da yoxdur. «Buna görə də, düşünürəm ki, onlar yəqin bunu edəcəklər» - deyib politoloq.

Ancaq Brzezinski-nin sözlərincə, onu narahat edən son həftələrdə Putin və rejiminin şüurlu şəkildə Qərbə birbaşa və ya dolayı yolla nüvə təhlükəsi nümayiş etdirməsidir.

Politoloq deyir ki, son onilliklərdə belə şey baş verməmişdi və bu, çox təhlükəlidir.

Brzezinski deyib ki, Minsk razılaşmasına hörmətlə yanaşılsa, bu, situasiyanın nizama salınmasında başlanğıc nöqtəsi ola bilər. «Ancaq bu halda da bütün problemlər, eləcə də Krım problemi birdəfəlik həll edilməyəcək» - Z.Brzezinski bildirib. ​

XS
SM
MD
LG