Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

-

Azərbaycan Dövlət Neft Şirkətinin tərəfdaşları Transanadolu (TANAP) qaz kəməri layihəsindəki paylarını aprelin 1-dən maliyyələşdirməyə başlayacaqlar.

Trend-in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev belə deyib.

Onun sözlərincə, TANAP konsorsiumu martın sonunadək boru kəmərinin quru sahəsinin tikintisinə başlayacaq. Bu sahənin uzunluğu 1337 kilometrdir.

Şirkət rəhbəri deyib ki, quru sahəsinin tikintisi üzrə podratçılar «Fernas İnsaat A.Ş.», «Sicim-Yüksel-AKKORD Adi Ortaklığı» və «TEKFEN İnsaat ve Tesisat A.Ş.» şirkətləridir: «Bu üç şirkət qaz kəmərinin Əskişəhər şəhərinədək olan hissəsini tikəcəklər. Sonra biz 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində TANAP-ın diametri 48 düym olan qalan hissəsinin tikintisi üzrə tenderə yekun vuracağıq».

R.Abdullayev əlavə edib ki, boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.

Martın 17-də Türkiyədə TANAP qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.​

Günün bütün mövzuları

XS
SM
MD
LG