Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

İranla nüvə danışıqları gələn həftəyədək dayandırılıb


İranın xarici işlər naziri Javad Zarif və İran Atom Enerjisi Agentliyinin rəhbəri Ali Akbar Salehi danışıqları tərk ediblər.

İranın xarici işlər naziri Javad Zarif və İran Atom Enerjisi Agentliyinin rəhbəri Ali Akbar Salehi danışıqları tərk ediblər.

İran və dünyanın 6 supergücü arasında Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində İran üzərindən sanksiyalrın qaldırlmasına dair danışıqlar gələn həftəyədək dayandırılıb.

Danışıqlarda ötən bir il ərzində xeyli irəliləyiş əldə edilsə də, tərəflər arasındakı mövqe fərqləri saziş barədə razılığa gəlinməməsinə əsas verəcək qədər dərindir.

Bu danışqılarda Fransa İrana münasibətdə ən kəskin mövqe tutan ölkədir.

ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çin İran məsələsində ümumən yekdil olsalar da, ABŞ Konqresinin mövqeyi narahatlıq yaradır.

Müşahidəçilər qeyd edirlər ki, İsrailin təsiri altında respublikaçı Konqres İranla hər hansı sazişi iflasa uğrada bilər.

İran nümayəndə heyəti danışıqları yarımçıq dayandıraraq Tehrana qayıtmasını prezident Ruhaninin 90 yaşlı anasının vəfatı ilə izah edib.

Danışıqları tərk etməzdən əvvəl ABŞ-ın dövlət katibi John Kerry, İranın xarici işlər naziri Mohammad Javad Zarif və İran Atom Enerjisi Agentliynin rəhbəri Ali Akbar Salehi fikir ayrılıqlarını aradan qaldırmaq üçün ayrıca görüşlər keçiriblər.

Cənab Zarif bildirib ki, danışıqlar bu həftə olduqca mühüm nöqtəyə yaxınlaşınb və tərəqqi əldə edilib.

O həmçinin qeyd edib ki, öz aralarında razılığa gəlmək üçün qərblilərin də fasiləyə ehtiyacları var.

Ən diqqətəlayiq cəhət budur ki, danışıqların dinamikasından həm ABŞ dövlət katibi, həm də Rusiyanın baş danışıqçısı razı qaldıqlarını söyləyirlər.

Sergei Ryabkov Reuters agentliyinə bildirib ki, o İranla danışıqlarda John Kerry-nin nikbinliyini tam bölüşür.

Danışıqlarda John Kerry İran nümayəndə heyətinə prezidentə üz vermiş kədərlə bağlı başsağlığını bildirib və iranlıları Novruz bayramı münasibətilə təbrik edib.

Avropa və ABŞ nümayəndələri şənbə günü Londonda görüşüb məşvərət aparmaq barədə razılığa gəliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG