Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:55

Ukraynada separatçıların tərəfində döyüşdüyünü deyən qırğız muzdlusu danışır


Ukraynada separatçıların tərəfində döyüşdüyünü deyən qırğız muzdlusu danışır
Gözlə

No media source currently available

0:00 0:09:14 0:00

Ukraynada separatçıların tərəfində döyüşdüyünü deyən qırğız muzdlusu danışır

-

Kimliyinin açıqlanmasını istəməyən bu şəxs Azadlıq Radiosunun qırğız xidmətinə verdiyi müsahibədə Rusiyanın münaqişədəki aktiv rolundan danışır.

Halbuki Kreml Ukraynada rus əsgərlərinin olmadığını iddia edir.

Əynindəki hərbi geyimin qolunda qondarma "Luhansk Xalq Respblikası"nın bayrağı olan Manas Mambetov (ad şərtidir) Ukraynaya "faşistlərlə döyüşməyə" gedib. Çünki babası 2-ci Dünya Müharibəsində nasistlərlə vuruşub.

Amma Ukraynaya gedib çıxanda fərqli mənzərə ilə üzləşib. Məlum olub ki, Rusiya televiziyalarında eşitdikləri sadəcə təbliğat imiş. Onların vuruşduğu qüvvə - nizami Ukrayna ordusudur.

Mambetov Qırğızıstana 1 həftə əvvəl qayıdıb. Həmyerlisi olan iki muzdlunun meyitini əzizlərinə çatdırmaq üçün.

Deyir ki, Ukraynaya getdiyinə peşman olub.

Luhansk ətrafında Rusiya hərbçiləri ilə birgə döyüşdüyünü deyən Mambetov Rusiyadan gələnlərin çağırışçı olmadığını, peşəkar döyüşçülər olduğunu, Çeçenistan və Cənubi Osetiyadakı döyüşlərdə iştirak etdiyini söyləyir:

"Onların çoxu orduda müqavilə əsasında qulluq edən hərbçilərdir. Müəyyən bir müddət ərzində Luhanskda qalır, sonra onları Rusiyadan gələn başqa hərbçilər əvəz edirdi. Getsələr də, ağır texnikanı aparmırdılar. Onlar orada olduqları dövrdə separatçılara, yaraqlılara təlim keçir, öz silahlarını onlara verib Rusiyaya qayıdırdılar".

Azadlıq Radiosu Mambetovun dediklərini ikinci mənbədən dəqiqləşdirə bilmədiyini qeyd edir.

Rusiya Ukrayna münaqişəsində iştirak etmədiyini, oraya əsgər, silah göndərmədiyini iddia edir.

Mambetov deyib ki, Ukraynada ona ayda 1500 dollar veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG