Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Nigeriyada Boko Haram qurbanlarının daha bir kütləvi məzarı tapılıb


Nigeriyada Boko Haramdan geri alınmış Damasak şəhərində bir lövhə.
Nigeriyada Boko Haramdan geri alınmış Damasak şəhərində bir lövhə.

Nigerdən və Çaddan olan əsgərlər xəbər veriblər ki, Nigeriyada Boko Haram təşkilatından yenicə geri alınmış bir şəhərin yaxınlığında içərisində 70 cəsəd olan kütləvi məzar aşkar edilib.

Nigeriyanın şimalındakı Damasak şəhəri artıq bir ay idi ki, Boko Haram yaraqlılarının nəzarətində idi.

Hökumət qoşunları şəhəri ötən şənbə günü geri alıb.

Nigeriyanın prezidenti Goodluck Jonathan vəd edib ki, terrorçu təşkilat sayılan Boko Haramın nəzarətində olan bütün ərazi tezliklə onlardan təmizlənəcək.

Prezident deyib ki, təşkilat gündən-günə zəifləyir.

Kütləvi məzardan tapılanların əksəriyyətinin boğazlarının və başlarının kəsildiyi bəlli olub.

Hazırda Nigeriyanın şimal-şərqində bir sıra ərazilərə nəzarət edən Boko Harama qarşı hücum əməliyyatında Nigeriya qoşunlarından başqa həm də qonşu Çad, Niger və Kamerunun silahlı qüvvələri iştirak edir.

Nigeriyada növbəti prezident seçkisi martın 28-də keçirilməlidir. Bundan əvvəl seçki terror təhlükəsi ilə bağlı bir neçə dəfə təxirə salınmışdı.

XS
SM
MD
LG