Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Allah qanad verə, uçub gedəsən...


Elşad Barat
Elşad Barat

-

Elşad Barat

Qar dənələri

Bu qar dənələri tanışdı mənə
Elə bil evimin içinə yağıb
Hardasa bir şəhid məzarı üstə
Hardasa bir qızın saçına yağıb

Bu qar dənələri tanışdı mənə
Sözün dodaqlardan küsdüyü qədər
Dilənən uşaqın dayanacaqda
Açılmış əlinin əsdiyi qədər

Bu qar dənələri tanışdı mənə
Göylərin günahın gətirib, anam
Gör neçə sevgiyə şahidlik edib
Gör neçə sevgini bitirib, anam

Bu qar dənələri tanışdı mənə
Deyəsən ruhumun sirdaşı olub
Bəlkə də, kiminsə günah payıdır
Bəlkə də, kiminsə göz yaşı olub

Bu qar dənələri tanışdı mənə
Buludlar göndərib, zəfər gətirib
Birin də qoymaram yerə düşməyə
Deyəsən allahdan xəbər gətirib.

Dilənəsən

Allah qanad verə uçub gedəsən

Gedib bu şəhərdən uzaq olasan
Başqa bir şəhərdə başqa allaha
Yalvarıb təzədən uşaq olasan

Yetim uşaqları yığıb başına
Əl açıb göylərə qar dilənəsən
Təndirə söykənib baxan nənədən
Çörəyə yaxılmış şor dilənəsən

Gecə yaxınlaşa, hava sərtləşə
Kimsəsiz küçədən tutub qalasan
Uşağı olmayan varlı qadının
Girib yuxusunda yatıb qalasan

XS
SM
MD
LG